İlham Əliyev: "Əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər"

İlham Əliyev: "Əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər" Bakı. 26 dekabr. REPORT.AZ/ Qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur.
Xarici siyasət
1222
26 Dekabr , 2018 05:20
İlham Əliyev: Əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər

Bakı. 26 dekabr. REPORT.AZ/ "Qəribədir ki, bizim əleyhimizə olan qətnamələri üzvü olmadığımız və üzv olmağa hazırlaşmadığımız strukturlar qəbul edirlər. Bax, bu, necə deyərlər, daha çox təbəssüm doğurur".

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində deyib.

Dövlət başçısı həmçinin mətbuata yalançı təbliğat tullantıları atıldığını bildirib:

"Həmçinin əlbəttə, mətbuata yalançı təbliğat tullantıları atılır. Bu, qarayaxma, şantaj və təzyiq göstərmək cəhdlərinin sevimli üsuludur. Amma bizdə buna qarşı immunitet yaranıb. Azərbaycan vətəndaşları çox yaxşı başa düşürlər ki, bu informasiya tullantıları cəhdlərinin arxasında nə durur. Azərbaycanın inamlı, davamlı, təhlükəsiz və sabit inkişafı bizə ziyan vurmaq istəyənlərə ən yaxşı cavabdır".

Son xəbərlər

Orphus sistemi