Bakı. 26 aprel. REPORT.AZ/ Aprelin 27-də Hindistanın paytaxtı Nyu Dehlidə Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasına həsr edilən "Asiyanın ürəyi" beynəlxalq konfrans öz işinə başlayacaq.
"Report" xəbər verir ki, konfransda müzakirə ediləcək əsas məsələlər Əfqanıstanda inam, sabitlik və sülhün, eləcə də ölkənin iqtisadiyyatının və infrastrukturunun inkişafı yollarının yaradılması olacaq.
Konfransın işində ümumilikdə regional ölkələrdən 14 nümayəndə heyəti iştirak edəcək. Azərbaycan bu tədbirdə Nyu Dehlidəki səfirliyin nümayəndəsi səviyyəsində iştirak edəcək.