Azərbaycan dünyanın ən xoşbəxt ölkələrindən biridir

Azərbaycan dünyanın ən xoşbəxt ölkələrindən biridir Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.
Xarici siyasət
28 dekabr 2021 12:59
Azərbaycan dünyanın ən xoşbəxt ölkələrindən biridir

Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan “xoşbəxtlik indeksi” ən yüksək 5 ölkədən biri də Azərbaycandır.

“Report” xəbər verir ki, bu qənaət “Gallup İnternational” beynəlxalq müstəqil araşdırma agentlikləri birliyinin keçirdiyi dünya rəy sorğusunda əksini tapıb.

Sorğunun nəticələrinə görə dünyanın 5 ən xoşbəxt ölkəsi ardıcıl olaraq Kolumbiya (+79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73), Azərbaycandır (+70).

Ən bədbəxt ölkələr isə Qana (+2), Əfqanıstan (+9), Honq Konq (+11), İraq (+17), Rusiyadır (+18).

Bununla yanaşı, “Ümid indeksi”nin (Hope İndex) səviyyəsinə görə ölkələrin reytinqində nikbin ölkələr arasında İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika (+47), Vyetnam (+47), bədbinlər arasında da Türkiyə (-34), Bolqarıstan (-34), Əfqanıstan (-32), Polşa (-30), Çex Respublikası (-25) üst yerlərdədir.

2022-ci il üçün iqtisadiyyatla bağlı daha nikbin ölkələr Nigeriya, İndoneziya, Vyetnam, Azərbaycan, Albaniya, Hindistandır. Əksinə, iqtisadi çətinliklər olacağını güman edənlərin üstünlük təşkil etdiyi ölkələr Türkiyə, Bosniya və Herseqovina, Bolqarıstan, Polşa, Rumıniya, Əfqanıstan, Almaniyadır.

Son xəbərlər

Orphus sistemi