Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Tatarıstan prezidenti ilə görüşüb

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Tatarıstan prezidenti ilə görüşüb Tərəflər bir sıra istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələr məsələlərini müzakirə ediblər
Xarici siyasət
21 Avqust , 2015 15:21
Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri Tatarıstan prezidenti ilə görüşüb

Bakı. 21 avqust. REPORT.AZ/ Tatarıstan prezidenti səlahiyyətlərini müvəqqəti icra edən Rüstəm Minnixanov Kazanda işçi səfərdə olan Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbəri general-polkovnik Elçin Quliyevlə görüşüb. Bu barədə "Report" Tatarıstan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir. 

Məlumata əsasən, tərəflər bir sıra istiqamətlər üzrə gələcək qarşılıqlı əlaqələr məsələlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi