Yuxarı

Azərbaycan Dohada keçiriləcək neft ixrac edən ölkələrin görüşündə iştirak edəcək

Sergey Lavrov görüşdə eyni zamanda Rusiya və İranın da iştirak edəcəyini açıqlayıb

Bakı. 7 aprel. REPORT.AZ/ Azərbaycan aprelin 17-də Dohada keçiriləcək neft ixrac edən ölkələrin görüşündə iştirak edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Rusiya və İran XİN başçılarının üçtərəfli görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.

"Azərbaycan Dohadakı görüşdə iştirak edəcək", - deyə E.Məmmədyarov bildirib.

Öz növbəsində, Rusiyanın xarici işlər naziri Sergey Lavrov görüşdə eyni zamanda Rusiya və İranın da iştirak edəcəyini açıqlayıb: "Biz keçirdiyimiz görüşdə bu məsələni müzakirə etdik. Hamımız Dohadakı görüşdə iştirak edəcəyik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi