Qənirə Paşayeva: "Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir"

Qənirə Paşayeva: "Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir" Strasburq. 23 yanvar. REPORT.AZ/ Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının AŞPA) qış sessiyasında Avropa ölkələrində Azərbaycan əlehinə dezinformasiya yayan KİV və siyasətçiləri sərt tənqid edib.
Xarici siyasət
23 Yanvar , 2019 16:43
Qənirə Paşayeva: Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir
Qənirə Paşayeva
0 : 00
0 : 00

Strasburq. 23 yanvar. REPORT.AZ/ Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının AŞPA) qış sessiyasında Avropa ölkələrində Azərbaycan əlehinə dezinformasiya yayan KİV və siyasətçiləri sərt tənqid edib.

“Report“un Qərbi Avropa bürosu bildirir ki, AŞPA-da “Dezinformasiya və propaqanda kontekstində mediyanın ictimai xidmətinə dair” adlı qətnamə layihəsi ətrafında müzakirələrdə çıxış edən Q.Paşayeva Avropa ölkələrində Azərbaycan əlehinə dezinformasiya yayan KİV və siyasətçiləri, o cümlədən AŞPA-da bu cür addımlar atan siyasətçiləri kəskin tənqid edib və dezinformasiyalarla mübarizədə ikili standartların olmamasının vacibliyini bildirib: "Yanlış xəbərlər insanlara, sosial qruplara, təşkilatlara və ölkələrə ciddi ziyan vurur və fəaliyyətlərinə təhlükə yaradır. Yanlış xəbərlərin qloballaşması və onların kommersiya məqsədilə istifadəsi olduqca təhlükəlidir. Bu gün əksər hallarda yanlış xəbərlərdən siyasi kampaniyalar üçün alət kimi istifadə edilir. İnsanlar “dezinformasiya hücumu”na məruz qalırlar. Təhlükəli dezinformasiya meyillərindən yaxa qurtarmaq üçün dəqiq siyasət hazırlanıb həyata keçirilməlidir. Bu mübarizədə hər birimiz fəal iştirak etməliyik. Yanlış xəbərlərin yayılmasının qarşısının alınması, onlarla mübarizədə ənənəvi KİV-lərin, informasiya agentliklərinin üzərinə mühüm vəzifələr düşür. Hər bir xəbər ciddi şəkildə yoxlanılmalıdır. İnformasiyanın dəqiqliyini yoxlamaq jurnalistin borcudur. Saxta xəbərlərlə mübarizədə, onların yayılmasının aradan qaldırılmasında dünyanın aparıcı KİV-ləri daha sıx əməkdaşlıq etməlidir. Sosial şəbəkələrin geniş yayıldığı indiki dövrdə dezinformasiyalara qarşı mübarizə aparmaq olduqca çətindir. Ona görə də bu istiqamətdə səylərimizin birləşdirilməsinə ciddi ehtiyac var.Təəssüf ki, bu gün mətbuat, söz azadlığı adı altında dezinformasiya yayan KİV-lər və jurnalistlərin sayı artır. Bu, çox təhlükəlidir və bu cür halları cəmiyyətə qarşı terror da adlandırmaq olar. Ona görə də hesab edirəm ki, bu cür hallara qarşı birgə mübarizə aparılmalıdır və biz bu istiqamətdə mübarizə tədbirlərini dəstəkləyirik. Mənim ölkəm - Azərbaycan bu məsələlərə ciddi önəm verir, dezinformasiyalara qarşı mübarizə aparır və bu istiqamətdə beynəlxalq təşəbbüsləri daim dəstəkləyir. Çünki Azərbaycan dezinformasiyalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Məsələn, elə Avropanın bir sıra KİV-lərində dəqiq olmayan faktlar, yanlış məlumatlar əsasında Azərbaycana qarşı çox sayda dezinformasıyalara yol verilir. Və bu dezinformasiyaların əksəriyyəti məqsədli olaraq yayılır. Bir sıra siyasi güclərin, diaspor və lobbilərin, bəzi şirkətlərin maraqları çərçivəsində həyata keçirilən bu dezinformasiyaların məqsədi Azərbaycanın dünyadakı imicinə zərbə vurmaq, təzyiq göstərməkdir. Və, təssüf ki, bu dezinformasiyalar Azərbaycanda olmayan, ölkəmiz haqqında geniş bilgilərə sahib olmayan bir çox insanlarda yanlış düşüncənin formalaşmasına da səbəb ola bilir. Və bu, bizi ciddi narahat edir. Əziz dostlar, biz dezinformasiyalarla fəal mübarizə aparmaq istəyiriksə, o zaman məsələn, elə ilk öncə təmsil olunduğumuz bu təşkilatdan başlamalıyıq. Təssüf ki, sadəcə, KİV-lər, jurnalistlər, sosial şəbəkələr deyil, bəzi siyasətçilər də bəzi ölkələrlə bağlı dezinformasiyaların, yanlış məlumatların yayılmasında fəal rol oynayırlar. Biz Azərbaycana qarşı bu cür addımların burada dəfələrlə şahidi olmuşuq və biz hansı ölkəyə qarşı söylənilməsindən asılı olmayaraq dezinformasiyalara qarşı sərt mübarizə aparmalıyıq. Burada ikili standartlara yol vermək olmaz. Dezinformasiyalarla mübarizədə bəzi məsələlərdə olduğu kimi, ikili standartlara yol verilərsə, mübarizə tam effekli olmayacaq. Dəyərli həmkarlarım, yanlış məlumatlandırma siyasətinin xalqları, ölkələri, dinləri bir-birinə qarşı qoymaq, münaqişələri alovlandırmaq, çaşqınlıq, vahimə, nifrət yaratmaq kimi, təhlükələrdən ciddi narahat olmalıyıq", - deyə deputat bildirib. 

Son xəbərlər

Orphus sistemi