​Azərbaycan deputatları Almaniyaya gedir

​Azərbaycan deputatları Almaniyaya gedir Səfərdə məqsəd Xocalı faciəsi ilə bağlı tədbirdə iştirakdır
Xarici siyasət
25 Fevral , 2015 07:16
​Azərbaycan deputatları Almaniyaya gedir

Bakı. 25 fevral. REPORT.AZ/ Bu gün Milli Məclisin deputatları Xanlar Fətiyev, Siyavuş Novruzov və Rauf Əliyev Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar keçiriləcək tədbirdə iştirak etmək üçün Almaniyada səfərdə edəcəklər.

"Report" xəbər verir ki, səfər martın 2-dək davam edəcək.

Azərbaycanlı deputatlar Berlində fəaliyyət göstərən “Azərbaycan Evi” Cəmiyyətinin təşkilatçılığı ilə keçiriləcək mərasimdə Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, hazırkı durumu, torpaqlarımızın işğalı və Xocalı soyqırımı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verəcəklər.

Son xəbərlər

Orphus sistemi