Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub

Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub BMT Baş Assambleyası Azərbaycanın da həmmüəllifi olduğu qətnaməni qəbul edib.
Xarici siyasət
3 Aprel , 2020 11:25
Azərbaycan COVID-19 ilə mübarizə haqqında BMT qətnaməsinin həmmüəllifi olub
0 : 00
0 : 00

BMT Baş Assambleyası Azərbaycanın da həmmüəllifi olduğu qətnaməni qəbul edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qətnamə bütün ölkələri koronavirusla mübarizədə birləşməyə çağırır.

Qətnamə “2019-cu ilin koronavirus xəstəliyinə qarşı qlobal həmrəylik” adlanır.

“Baş Assambleya pandemiyanın yayılmasının qarşısını almaq, onun üzərində qələbə qazanmaq məqsədilə fəal beynəlxalq əməkdaşlığa çağırır”, - sənədin mətnində deyilir.

BMT Baş Assambleyası həmçinin ölkələri məlumat, elmi təcrübə və qabaqcıl müalicə metodları üzrə mübadiləyə çağırıb.

Sənəddə qeyd olunur ki, BMT insan hüquqlarına tam hörmət edilməsinin zəruriliyini vurğulayır və pandemiya ilə mübarizədə ayrı-seçkilik, irqçilik, ksenofobiyaya yer ola bilməyəcəyini qeyd edir.

Qeyd edək ki, qətnamənin həmmüəllifləri qismində həmçinin Əfqanıstan, Belçika, Xorvatiya, Kanada, Konqo DR, Gürcüstan, Almaniya, Yaponiya, Qazaxıstan, Pakistan, İsveç, İsveçrə, Ukrayna və s. çıxış edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

ÜST-nin son rəsmi məlumatına görə, dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 900 306 nəfərdir, 45 693 nəfər isə virusdan ölüb.

Eyni zamanda ABŞ-ın Cons Hopkins Universiteti dünyada koronavirusa yoluxma hallarının sayının 1 002 159-a qədər artdığını, 51 485 insanın pandemiyanın qurbanı olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi