Azərbaycan-Cənubi Koreya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək

Azərbaycan-Cənubi Koreya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək Bakıda və digər şəhərlərdə Koreya incəsənət ustalarının çıxışları, sərgilərin təşkili, moda nümayişləri olacaq
Xarici siyasət
11 Sentyabr , 2017 12:45
Azərbaycan-Cənubi Koreya diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirlər keçiriləcək
Report/ Firi Səlim

Bakı. 11 sentyabr. REPORT.AZ / Sentyabrın 16-18-də Azərbaycanla Cənubi Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreya səfirinin müavini Kvon Donq-sok jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, tədbirlərə Koreya incəsənət ustalarının çıxışları, moda nümayişləri, sərgilərin təşkili, idman tədbirlərinin keçirilməsi daxildir: "Tədbirlər həm Bakıda, həm də ölkənin digər böyük şəhərlərində  təşkil olunacaq. Məqsəd azərbaycanlıların Cənubi Koreyanın mədəniyyəti, tarixi və incəsənəti ilə tanışlıqdır. Bu tədbirlər xalqlarımız arasında əlaqələrin səviyyəsinin yüksəldilməsinə xidmət edəcək. Bu da bizim eyni dəyərləri bölüşdüyümüzü göstərəcək". 

Kvon Donq-sok bildirib ki, səfirlik oktyabrın 23-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə həsr olunmuş tədbir keçirməyi planlaşdırır: "Qaçqınların tibbi müayinəsinin aparılması üçün Cənubi Koreyadan könüllü həkimlər gələcək". 

Son xəbərlər

Orphus sistemi