Yuxarı
    Bağlamaq

    Azərbaycan Cakartada keçiriləcək Ümumdünya İslam İqtisadi Forumunda iştirak edəcək

    Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir

    Bakı. 1 avqust. REPORT.AZ/ Avqustun 2-də İndoneziya paytaxtı Cakartada 12-ci Ümumdünya İslam İqtisadi Forumu öz işinə başlayacaq.

    "Report" xəbər verir ki, forumda kiçik və orta biznesin əhəmiyyəti, iqtisadi əməkdaşlığın inkişaf perspektivləri, iqtisadiyyatın desentralizasiyası və s. kimi məsələlər müzakirə olunacaq.

    Azərbaycan forumda ölkəmizin İndoneziyadakı səfiri Tamerlan Qarayev ilə təmsil olunacaq.

    Forumda müsəlman dünyasının bir sıra ölkələrinin dövlət və hökumət başçılarının çıxış edəcəyi gözlənilir.

    Forum avqustun 4-dək davam edəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi