Azərbaycan brendi olan “ASAN xidmət”in uğurları BMT-yə üzv dövlətlərlə paylaşılıb

Azərbaycan brendi olan “ASAN xidmət”in uğurları BMT-yə üzv dövlətlərlə paylaşılıb BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 22-ci sessiyası keçirilib.
Xarici siyasət
30 Mart , 2023 04:50
Azərbaycan brendi olan “ASAN xidmət”in uğurları BMT-yə üzv dövlətlərlə paylaşılıb

BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Təşkilatın İqtisadi və Sosial Şurasının (ECOSOC) Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin (CEPA) 22-ci sessiyası keçirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, tədbirdə Dövlət İdarəçiliyi üzrə Ekspertlər Komitəsinin üzvləri, idarəetmə sahəsində ixtisaslaşmış bir sıra beynəlxalq təşkilatların nümayəndələri və BMT-yə üzv ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri iştirak edib.

Sessiyada üzv dövlətlərin rəsmiləri Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq və davamlı inkişaf üçün BMT-nin effektiv idarəetmə prinsiplərinin tətbiqi və eləcə də, fövqəladə vəziyyətlərdə dövlət maliyyə idarəçiliyi və büdcələrin etibarlılığına təsirləri, qlobal iqtisadi sistemin geosiyasi sərhədlərlə parçalanması riski mövzularında çıxışları edib, beynəlxaq ekspertlərin tövsüyyələri dinlənilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "DİM-ə nail olmaq və davamlı inkişaf üçün BMT-nin səmərəli idarəçilik prinsiplərinin tətbiqi" mövzusunda çıxışı edib. O, çıxışında Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət islahatlarının tərkib hissəsi olaraq "ASAN xidmət"in yaradılmasından, mərkəzlərdə xidmətin keyfiyyətinin ölçülməsi, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində aparılan işlərdən və DİM-ə uyğun olan təcrübədən bəhs edib.

Ü. Mehdiyev "ASAN xidmət"in 2015-ci ildə BMT-nin Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə beynəlxalq təşkilatın rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsini qonaqların diqqətinə çatdırıb.

Ü. Mehdiyev əlavə edib ki, "ASAN xidmət" layihəsini bir Azərbaycan brendi, unikal məhsulu, idarəetmə sistemində yeni mərhələnin başlanğıcıdır və Azərbaycan bu uğurlu təcrübəsini artıq bir çox qonşu ölkələrlə paylaşıb. Ü. Mehdiyev həmçinin Azərbaycanın "ASAN xidmət" təcrübəsinin bir çöx dünya dövlətlərində tətbiqi ilə əlaqədar davam edən fəaliyyətlər haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Sonda Ü. Mehdiyev tədbir iştirakçılarını görüş çərçivəsində Azərbaycanın ev sahibliyi ilə "İnsanyönümlü dizayn və birgə idarəetmə vasitəsilə dövlət xidmət­lərinin göstərilməsinin transformasiyası" mövzusunda baş tutacaq, "ASAN xidmət", eləcə də "ASAN xidmət indeksi" və Döv­lət Agentliyinin digər fəaliyyət istiqamət­ləri ilə bağlı plenar sessiyaya dəvət edib.

Son xəbərlər

Orphus sistemi