Yuxarı

​Azərbaycan Bolqarıstanda tarixi qalanın bərpası üçün vəsait ayıracaq

Müqavilə Bolqarıstanın Baş naziri və Azərbaycanın Baş nazirinin müavininin iştirakı ilə Sofiyada imzalanacaq

Bakı. 27 may. REPORT.AZ/ Heydər Əliyev Fondu BolqarıstandaTrapezitsa qalasının bərpası və qorunması üçün vəsait ayıracaq. "Report" Bolqarıstan hökuməti informasiya xidmətinə istinadən xəbər verir ki, müvafiq müqavilə Bolqarıstan hökumətinin iclasından sonra ölkənin Baş naziri Boyko Borisov və Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevin iştirakı ilə Sofiyada imzalanacaq.

Qeyd edək ki, Trapezitsa qalası tarixi abidədir və müasir Bolqarıstan ərazisindəki Veliko Tırnovo şəhərində eyniadlı təpə üzərində yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi