Azərbaycan BMT, Dünya Bankı və Aİ ilə azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib

Azərbaycan BMT, Dünya Bankı və Aİ ilə azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib "Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək".
Xarici siyasət
27 İyun , 2022 13:23
Azərbaycan BMT, Dünya Bankı və Aİ ilə azad olunan üç rayonda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirib
İlham Əliyev

"Azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək bizim üçün mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək".

"Report"un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyasında videoformatda çıxış edərkən deyib.

"Biz artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsini həyata keçirmişik", - Prezident vurğulayıb.

Son xəbərlər

Orphus sistemi