Yuxarı

XİN: Azərbaycanın Belçikadakı səfirliyi terror təhlükəsi ilə əlaqədar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

Hazırda Belçikada olan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmalarına tövsiyə olunur

Bakı. 23 noyabr. REPORT.AZ/ "Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və səfirliyin bütün əməkdaşları iş yerindədirlər". 

Bunu "Report"un sorğusuna cavab olaraq, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

O bildirib ki, hazırda Belçikada olan Azərbaycan vətəndaşlarına kütləvi yerlərdən kənar durmaları və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələri tövsiyə olunur: "NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycanın NATO yanında nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi