Azərbaycan baş nazirinin birinci müavini MDB Hökümət Başçıları Şurasının iclasında iştirak edib

Azərbaycan baş nazirinin birinci müavini MDB Hökümət Başçıları Şurasının iclasında iştirak edib Görüş Rusiya hökumət başçısı Dmitri Medvedevin rəhbərliyi altında keçirilib
Xarici siyasət
26 May , 2017 16:56
Azərbaycan baş nazirinin birinci müavini MDB Hökümət Başçıları Şurasının iclasında iştirak edib
cis.minsk.by

Bakı. 26 may. REPORT.AZ/ Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov bu gün Kazanda keçirilən MDB Hökümət Başçıları Şurasının iclasında iştirak edib.

MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüş Rusiya hökumət başçısı Dmitri Medvedevin rəhbərliyi altında keçirilib.

Gündəliyə Birlik ölkələrinin inteqrasiya şəklində qarşılqlı əməkdaşlıq məsələləri daxil edilib.

İclasın sonunda hökumət başçıları bir sıra sazişlər imzalayıb: 2017-2019-cu illərdə MDB ölkələrinin ərazilərində beynəlxalq əlaqələrdə daşımaların həyata keçirilməsində nəqliyyat təhlükəsizliyi strategiyalarının təmin edilməsi üzrə prioritet tədbirlər planı; 2017-2020-ci illər üzrə MDB ölkələrinin innovasiya əməkdaşlığı üzrə dövlətlərarası proqramın 2020-ci ilə qədər həyata keçirilməsi üzrə tədbirlər kompleksi; 2020-ci ilədək MDB-yə üzv ölkələrin dövlətlərarası radio naviqasiya proqramı.

MDB Hökumət Başçıları Şurasının növbəti iclası noyabrda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi