Yuxarı

Azərbaycan baş konsulu Los-Anceles dairə şerifi ilə görüşüb

Azərbaycan polisinin papağı Los-Anceles polis məntəqəsinin muzeyinə hədiyyə edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-ın bu şəhərinin dairə şerifi Cim Makdonnel ilə görüşüb.

"Report" xəbər verir ki, görüş zamanı baş konsul şerifə Azərbaycan polisinin papağını hədiyyə edib. Papaq bu şəhərin dünya üzrə polis papaqlarının unikal kolleksiyasının saxlandığı polis məntəqəsinin muzeyində nümayiş olunacaq.

Görüş zamanı C.Makdonnel Los-Anceles polis şöbəsinin işi barədə məlumat verərək, burada 10 milyon əhaliyə malik meqapolisə xidmət edən təqribən 18 min insanın çalışdığını qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi