Azərbaycanın baş konsulu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Azərbaycanın baş konsulu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb Görüşdə Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub
Xarici siyasət
18 Avqust , 2016 11:15
Azərbaycanın baş konsulu ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb

Bakı. 18 avqust. REPORT.AZ/ Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ Nümayəndələr Palatasının aşağı palatası olan Konqresin Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys ilə görüşüb.

Baş konsulluqdan "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla ABŞ arasında güclü dostluq və strateji əlaqələr, eləcə də Vaşinqtonun Azərbaycanın enerji təhlükəsizliyinə verdiyi töhfə barədə müzakirələr aparılıb.

Görüşdə həmçinin Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. N.Ağayev münaqişənin həlli və regionda sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğuna görə E.Roysa təşəkkür edib.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində aprel ayında baş verən hadisələr haqqında danışan baş konsul deyib ki, bu qarşıdurma bir daha mövcud status-kvonun kövrəkliyini və Dağlıq Qarabağ probleminin tezliklə həll edilməsinin zəruriliyini göstərdi. 

Azərbaycan və Ermənistan arasında son danışıqlar barədə konqresmenə məlumat verən N.ğayev bildirib ki, beynəlxalq standartlara əsaslanacaq hərtərəfli həll bu cür faciəli hadisələrin təkrar yaşanmayacağını təsdiqləyəcək.

Görüş zamanı N.ğayev Roma Papası Fransiskin Azərbaycana səfəri və Azərbaycan cəmiyyətində tolerantlıq barədə də danışıb.

Son xəbərlər

Orphus sistemi