Polşa Seyminin deputatı: "Azərbaycan turistik Qafqaz ölkəsi kimi avropalılar üçün cəlbedici məkandır”

Polşa Seyminin deputatı: "Azərbaycan turistik Qafqaz ölkəsi kimi avropalılar üçün cəlbedici məkandır” “Azərbaycan avropalılar üçün təkcə strateji tərəfdaş kimi yox, həm də turistik Qafqaz ölkəsi kimi maraqlıdır”.
Xarici siyasət
31 May , 2019 12:14
Polşa Seyminin deputatı: Azərbaycan turistik Qafqaz ölkəsi kimi avropalılar üçün cəlbedici məkandır”

“Azərbaycan avropalılar üçün təkcə strateji tərəfdaş kimi yox, həm də turistik Qafqaz ölkəsi kimi maraqlıdır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında Polşa Seyminin (parlament) deputatı Yaroslav Kaçinskiy (Jarosław Kaczyński) bildirib.

O deyib ki, bu gün zəngin enerji ehtiyatları əsasında yeniləşən Azərbaycan, xüsusilə Bakı, turizm baxımından cəlbedici məkandır: "Çoxmillətli ölkə, zəngin təbiəti, sovet rituallarından tamamilə uzaqlaşaraq müasirləşən paytaxt Bakı avropalı turistləri maraqlandırmaya bilməz. Bu baxımdan hesab edirəm ki, beynəlxalq tədbirlərin son zamanlar daha çox Azərbaycanın ev sahibliyi etməsi uğurlu seçimdir”.

Deputat vurğulayıb ki, zəngin enerji ehtiyatlarına malik Azərbaycan kimi tərəfdaş ölkə ilə münasibətlər avropalı siyasətçilər üçün həssas nöqtə olmalıdır.

“Hazırda biz gərgin münaqişələr yaşayan dünyamızda ictimai sabitliyi və inkişaf tempini qoruyan tərəfdaşlarımızı dəyərləndirməliyik”, - Y.Kaçinskiy diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi