Azərbaycan ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Kristian Vigenin ilə görüşüb

Azərbaycan ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Kristian Vigenin ilə görüşüb Görüşdə hər tərəf bu səfərin vacib olduğunu və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb
Xarici siyasət
11 İyul , 2017 16:54
Azərbaycan ATƏT PA-dakı nümayəndə heyətinin üzvləri Kristian Vigenin ilə görüşüb

Bakı. 11 iyul. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigeninin sentyabrda bölgəyə səfəri gözlənilir.

"Report"un məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, qarşıdakı müddətdə bu səfərin reallaşması üçün uyğun tarix seçiləcək: "ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsi bölgəyə səfəri zamanı hər 3 ölkədə olacaq".

B.Muradova bildirib ki, ATƏT PA-nın Minskdə keçirilən iclası zamanı ATƏT PA-ın Cənubi Qafqaz üzrə nümayəndəsi Cənubi Qafqazın hər 3 ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyəti ilə ayrı-ayrılıqda görüşüb: “Görüşdə Füzulidə baş verən insidentlə bağlı geniş fikir mübadiləsi aparıldı. Onun sentybarda bölgəyə gözlənilən səfəri və bu səfərin proqramı, ora daxil ediləcək məsələlərl də müzakirə olundu. Ayrı-ayrı görüşlərdən sonra 3 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirildi. İşçi qaydasında keçirilən görüşdə hər tərəf bu səfərlə bağlı öz mövqeyini bildirdi”.

B.Muradova qeyd edib ki, görüşdə hər tərəf bu səfərin vacib olduğunu və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətli olduğunu diqqətə çatdırıb.  

Son xəbərlər

Orphus sistemi