Berlin. 1 fevral. REPORT.AZ/ Almaniya Bundestaqının (parlament) hakim Xristian Demokratlar Partiyasından (CDU) olan deputatı Mark Hauptmanın “Report”un Berlin bürosuna müsahibəsi.
- Azərbaycan
- Azərbaycan həm geostrateji coğrafi mövqeyinə, həm də böyük enerji resurslarına görə, o cümlədən Azərbaycanın özünün və Mərkəzi siya ölkələrinin müxtəlif çeşidli enerji daşıyıcılarını Avropaya çatdırdığına görə mühüm tərəfdaşımızdır. 2017-ci ildə Azərbaycan Almaniyaya 2,5 milyon ton xam neft göndərməklə, bizim ölkəyə xam neft icracatçıları arasında 8-ci yerdə olub. Hesab edirəm ki, bu və digər rəqəmlər iki ölkə arasında iqtisadi əlaqələrin ciddi inkişafının göstəricisidir. Bu həm də gələcək iqtisadi əlaqələrin, alman və Azərbaycan şirkətlərinin birgə biznes layihələrinin uğurla həyata keçirilə bilməsinin çox mühüm bünövrəsi və qarşılıqlı etibarı deməkdir.
- Azərbaycan və Almaniya əlaqələrinin hazırki durumunu və perspektivini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, azərbaycanın istər enerji, istərsə də digər sahələrdə Avropa ilə münasibətləri barədə pozitiv nələr söyləmək olar?
- Azərbaycan şübhəsiz ki, Almaniyanın Qafqazda ən mühüm iqtisadi tərəfdaşıdır. Bizi çox sıx münasibətlər birləşdirir. 2018-ci ilin yayında Bundeskansler Angela Merkel Azərbaycanda səfərdə oldu. Elə bu günlərdə parlamentin dövlət katibi Tomas Barays iqtisadi əlaqələri təmsil edən bir qrup nümayəndə ilə Azərbaycandadır. Onun Azərbaycan prezidenti cənab