Azərbaycan Aİ ilə uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək niyyətindədir

Azərbaycan Aİ ilə uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək niyyətindədir Bakı. 16 oktyabr. REPORT.AZ/ Brüseldə keçirilən axırıncı Şərq Tərəfdaşlıq (ŞT) sammiti sübut etdi ki, ŞT nəzdində əməkdaşlıq regionda mövcud olan mürəkkəb vəziyyətlə bağlı real mülahizələrə əsaslanmalı və ŞT çərçivəsinin təmin edə biləcəyi faydalara və potensial əlavə dəyərlərə diqqət yetirilməlidir.
Xarici siyasət
16 Oktyabr , 2018 01:33
Azərbaycan Aİ ilə uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək niyyətindədir

Bakı. 16 oktyabr. REPORT.AZ/ "Brüseldə keçirilən axırıncı Şərq Tərəfdaşlıq (ŞT) sammiti sübut etdi ki, ŞT nəzdində əməkdaşlıq regionda mövcud olan mürəkkəb vəziyyətlə bağlı real mülahizələrə əsaslanmalı və ŞT çərçivəsinin təmin edə biləcəyi faydalara və potensial əlavə dəyərlərə diqqət yetirilməlidir".

“Report” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov

oktyabrın 15-də Lüksemburqda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib.

"Bu bizi əvvəlki təcrübələr əsasında ŞT-nın arxitekturasını yenidən formalaşdırmaq və konkret nəticələrə nail olmaq üçün “2020-ci il üçün 20 gözlənilən nəticə” sənədini qəbul etməyə istiqamətləndirdi. İnanırıq ki, həmin nəticələr həyata keçirildikdən sonra, regionumuz daha çox davamlılıq, rifah, inkişaf və bağlılıq potensialına malik olacaq. Bu prosesin uğuru Avropa Birliyindən olan tərəfdaşlar ilə əlaqələrimizin həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlərində əldə edilə biləcək əhəmiyyətli nəticələrindən asılı olacaq", - deyə nazir əlavə edib.

O, 2018-ci ili Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq gündəliyinin inkişaf etdirilməsi baxımından çox məhsuldar bir il adlandırıb:

"Bu yaxınlarda Azərbaycan - Aİ Tərəfdaşlığı Prioritetləri sənədinin qəbul olunması ikitərəfli əlaqələrimizdə ən mühüm mərhələdir. Bu sənədin 2018-2020-ci illər üzrə sektoral əməkdaşlığımız üçün lazımi çərçivəni təmin edəcəyinə inanıram. Amma biz burada dayanmaq istəmirik və mən biz deyərkən Aİ, onun üzv ölkələri və Azərbaycanı nəzərdə tuturam; hədəfimiz 2020-ci ildən sonranı əhatə edir. Biz Avropa İttifaqı ilə orta və uzunmüddətli öngörülə bilən şəraitdə fəaliyyət göstərmək istərdik.

Bu il, həmçinin bərabər tərəfdaşlıq prinsiplərinə və ümumi maraqlara əsaslanan Azərbaycan-Aİ ikitərəfli razılaşmasında daha da irəliyə getmişik. Biz bu razılaşmanın tərəfdaşlığımızın strateji ruhunu əks etdirəcəyinə inamla danışıqları davam etdiririk".

Xatırladaq ki, Elmar Məmmədyarov oktyabrın 15-də "Şərq Tərəfdaşlığı" ölkələrinin Lüksemburqda keçirilən nazirlər görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Son xəbərlər

Orphus sistemi