Azərbaycan Afrika ölkələrinə vaksin göndərib

Azərbaycan Afrika ölkələrinə vaksin göndərib Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 min 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.
Xarici siyasət
6 Dekabr , 2021 22:35
Azərbaycan Afrika ölkələrinə vaksin göndərib
0 : 00
0 : 00

Türk Dövlətləri Təşkilatı tərəfindən Afrika ölkələrinə 611 200 doza miqdarında koronavirus peyvəndi bağışlanıb.

Bu barədə “Report” Türkiyə Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, sözügedən peyvəndlər dekabrın 6-da hərbi yük təyyarəsi ilə Afrikanın Burkina-Faso (400 min doza “Sinovak”) və Toqoya ( 211 200 doza “Sinopharm”) hədiyyə olaraq çatdırılıb.

Bağışlanan vaksinlərin Türkiyə (200 min doza “Sinovac”), Azərbaycan (100 min doza “Sinovac”), Özbəkistan (100 min doza “Sinovac”) və Macarıstan (211 200 doza “Sinopharm”) tərəfindən ayrıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi