Azərbaycanın Fransanın daxili işinə qarışdığını iddia edənlərə sual vermək lazımdır - müstəmləkəçilik bu ölkənin nə vaxtdan daxili işidir? Bu, ümumbəşəri problemdir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Allahverənov Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.
O qeyd edib ki, müstəmləkəçiliklə mübarizə qlobal səviyyədə olmalıdır.
Azər Allahverənov Fransa hakimiyyətinin “Azərbaycan bizim qırmızı xəttimizi keçib” bəyanatına görə, utanmalı olduğunu bildirib və Yelisey sarayına xitabən bəyan edib ki, “sizin qırmızı xətt dediyiniz şey utanc xəttidir”.