Bakı. 7 iyul. REPORT.AZ/ Parlament Assambleyasının sessiyasında “
"Report" xəbər verir ki, 19 maddənin daxil olduğu sənəd qurumun Siyasi Əlaqələr və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev tərəfindən hazırlanıb. Ermənistan nümayəndə heyətinin rəhbərindən layihəyə dəyişiklik təklifiləri gəlsə də, qəbul olunmayıb.
Sənəddə Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada davam edən münaqişələrin həmin ölkələrin ərazi bütövlüyünə və ölkələrin suverenliyinə xələlə gətirdiyi üçün doğan narahatlıq hissi qeyd olunub.
Bildirilib ki, Helsinki prinsiplərinə sadiqlik münaqişələrin sülh yolu ilə həllinə, silahlı münaqişələrin qarşısının alınmasına, beynəlxalq və regional səviyyədə sülhün daha effektiv dəstəklənməsinə təkan verəcək.