Terese Hayden: "İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır"

Terese Hayden: "İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır" Azay Quliyev İsveç XİN-in nümayəndəsi ilə görüşüb
Xarici siyasət
5 Fevral , 2015 18:45
Terese Hayden: İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır

Bakı. 5 fevral. REPORT.AZ/ Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında İsveç XİN-in Şərqi Avropa və Orta Asiya üzrə departamentin direktor müavini xanım Terese Hayden, İsveç Beynəlxalq İnkişaf Agentliyinin Avropa və Latın Amerikası üzrə bölməsinin rəhbəri Mirja Peterson və İsveçin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Tomas Danestad ilə görüş keçirilib. Bu barədə "Report"a Şuranın mətbuat xidmətindən məlumat verilib. 

Şura sədri Azay Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonaqlara geniş məlumat verərək bildirib ki, Şura QHT-lərlə dövlət arasında körpü rolunu oynamaqla yanaşı, onlara konsultativ, məlumat, texniki, maddi və digər sahələrdə hərtərəfli dəstək verir.

Qonaqlar QHT-lər haqqında qanunvericiliyə edilən əlavə və dəyişikliklərin mahiyyəti, onların xarici donorlar qarşısında qoyduğu tələblər və İsveç ilə Şura arasında əməkdaşlıq imkanları haqqında maraqlandıqlarını bildiriblər.

Görüşdə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan və Avropa Birliyi münasibətləri, eləcədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Terese Hayden bildirib ki, İsveç Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında lazımi dəstəyi verməyə hazırdır. 

Sonda Şura ilə İsveç XİN arasında əməkdaşlıq imkanlarına dair müzakirələrin davam etdirilməsi haqqında razılığa gəlinib.

Son xəbərlər

Orphus sistemi