​Azay Quliyev ATƏT PA-nın vitse prezidenti seçilib

​Azay Quliyev ATƏT PA-nın vitse prezidenti seçilib ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib
Xarici siyasət
5 İyul , 2016 13:00
​Azay Quliyev ATƏT PA-nın vitse prezidenti seçilib

Tbilisi. 5 iyul. REPORT.AZ/ Tbilisidə ATƏT-in Parlament Assambleyasının prezidenti və vitse-prezidentləri vəzifəsinə seçkilər keçirilib.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev səs çoxluğu ilə beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

Azərbaycanlı nümayəndənin namizədliyini 119 deputat dəstəkləyib. 

ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan Kristin Muttonen seçilib.

Qeyd edək ki, ATƏT PA-nın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan olan nümayəndələrin, vitse-prezidentləri postuna isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan 4 deputatın namizədliyi irəli sürülmüşdü.

Xatırladaq ki, A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.  

Son xəbərlər

Orphus sistemi