Yuxarı

​Azərbaycanla Malayziya arasında 3 sənəd imzalanıb

Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Malayziya sənədlərinin imzalanması mərasimi olub. Report xəbər verir ki, Azərbaycan ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannaməni Azərbaycan prezidenti İlham Əliyev və Malayziyanın baş naziri Mohammad Najib Tun Abdul Razak imzalayıblar.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Malayziyanın “Petroliam Nasional Berhad” şirkəti arasında neft və qaz sektorunda əməkdaşlıq üzrə Anlaşma Memorandumunu ARDNŞ prezidenti Rövnəq Abdullayev və “Petroliam Nasional Berhad” şirkətinin prezidenti və baş icraçı direktoru Tan Sri Dato Şamsul Azhar Abbas imzalayıblar.

Azərbaycan Respublikası Hökuməti (Xarici İşlər Nazirliyinin “ADA” Univestiteti tərəfindən təmsil olunur) və Malayziya Hökuməti (Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutu tərəfindən təmsil olunur) arasında diplomatların təlimi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər nazirinin müavini və “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Malayziyanın Xarici İşlər Nazirliyinin Diplomatiya və Xarici Əlaqələr İnstitutunun baş direktoru Dato Hussin Nayan imzalayıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi