Yuxarı
    Bağlamaq

    Azərbaycanda Estoniya səfirliyi açılıb

    Diplomatik missiyaya müvəqqəti işlər vəkili Yaap Ora rəhbərlik edəcək

    Bakı. 29 avqust. REPORT.AZ/ Azərbaycanda Estoniya səfirliyinin ofisi fəaliyyətə başlayıb.

    Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a bildirilib ki, bu gün Estoniyanın müvəqqəti işlər vəkili Yaap Ora Azərbaycan Xarici İşlər Nazirliyində görüş keçirib və ölkəsinin Azərbaycanda diplomatik ofis açması ilə bağlı məlumat verib.

    Xatırladaq ki, Azərbaycanla Estoniya arasında diplomatik münasibətlər 20 iyun 1992-ci ildə qurulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi