Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının azad edilməsini alqışlayır

    XİN Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir

    Bakı. 23 sentyabr. REPORT.AZ/ "Azərbaycanın Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır". "Report"un məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

    "Azərbaycan XİN Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir və ən xoş arzularını çatdırır" - deyə, açıqlamada əlavə olunub.

    Qeyd edək ki, bu il iyulun 11-də “İslam Dövləti” qruplaşması Türkiyənin İraqın Mosul şəhərindəki Baş konsulluğuna hücum edərək baş konsul və 48 Türkiyə vətəndaşını girov götürüb. Girovlar sentyabrın 20-də azad edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi