Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb.
Azərbaycan XİN-in mətbuat xidmətindən Report-a bildirilib ki, Azərbaycan Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 24 avqust 2014-cü il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir.
Qeyd edək ki, qondarma prezident seçkilərdə Abxaziyanın müxalifət lideri Raul Hacımba öz qalibiyyətini elan edib.