Yuxarı
    Bağlamaq

    Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

    Dövlət başçısı İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 7-də Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə telefonla zəng edib. “Report”un xəbərinə görə, bununla bağlı Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

    Dövlət başçısı İlham Əliyev Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona prezidentlik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.

    Rusiya Federasiyasının prezidenti göstərilən diqqətə və təbrikə görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.

    Dövlət başçıları ölkələr arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, yüksək səviyyədə görüşlərin, əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi