Yuxarı

Azərbaycan və Qazaxıstan xarici işlər nazirləri müavinləri arasında görüş keçirilib

Azərbaycan Qazaxıstana EXPO-2017-nin keçirilməsi ilə əlaqədar uğurlar arzulayıb

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər nazirinin müavini Nadir Hüseynov Bakıda Qazaxıstanın xarici işlər nazirinin birinci müavini EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin komissarı Rapil Joşıbayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan XIN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb və əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əminlik ifadə olunub. 

Nadir Hüseynov görüşdə Azərbaycan tərəfi EXPO-2017 beynəlxalq ixtisaslaşdırılmış sərginin Qazaxıstanın Astana şəhərində keçirilməsi ilə əlaqədar qarşı tərəfə uğurlar arzulayıb.

Rapil Joşibayev səmimi qəbula görə təşəkkürünü bildirərək, Qazaxıstan ilə Azərbaycan arasında əlaqələrin bütün sahələr üzrə inkişaf etdiyini vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi