Bakı. 15 oktyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Fələstinin xarici işlər naziri Riyad Əl-Malikinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan XİN mətbuat xidmətindən "Report"a verilən məlumata əsasən, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub və elm-təhsil, humanitar və sosial səhələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Riyad Əl-Maliki Azərbaycanın Fələstinə göstərdiyi dəstək və yardımının yüksək qiymətləndirildiyini vurğulayıb.
Görüşdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Fələstin Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr mexanizminə dair Anlaşma memorandumu imzalanıb.

