Yuxarı
    Bağlamaq

    Azərbaycan və BƏƏ arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

    Azərbaycanın Dubaydəki baş konsulu Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini  ilə görüş keçirilib

    Bakı. 21 avqust. REPORT.AZ/  Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki baş konsulu Pərviz İsmayılzadə Dubay Əmirliyinin Məskunlaşma və Əcnəbilərin İşləri üzrə Baş İdarəsinin rəis müavini general – mayor Obeyd Moheyr bin Surur ilə görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Report-a verilən məlumatına görə, görüş zamanı xüsusilə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

    Görüş zamanı baş konsul P.İsmayılzadə həmsöhbətinə son illər ərzində Azərbaycanda miqrasiya sahəsində aparılan islahatlar, qanunvericiliyə edilmiş əlavə və dəyişikliklər, AR Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib.

    P.İsmayılzadə həmçinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni istifadəyə verilmiş Aerovağzal kompleksi barədə məlumat verib. O, Azərbaycan Respublikası ilə Əmirliklər arasında miqrasiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

    Öz növbəsində, Obeyd Moheyr bin Surur Dubay Əmirliyinin Azərbaycanla miqrasiya sahəsində əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb.

    Eyni zamanda, tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi