Yuxarı
    Bağlamaq

    Azərbaycan və Argentina xarici işlər nazirləri arasında görüş baş tutub

    Elmar Məmmədyarov argentinalı həmkarını Azərbaycana səfər etməyə dəvət edib

    Bakı. 24 sentyabr. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində Argentinanın xarici işlər naziri Hektor Markos Timerman ilə görüş keçirib.

    Azərbaycan XİN mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Argentinanın xarici işlər naziri beynəlxalq təşkilatlar çəçivəsində hər iki ölkənin faydalı əməkdaşlıq etdiyini vurğulayaraq, ikitərəfli münasibətlərin mövcud səviyyəsini yüksək qiymətləndirib.

    Elmar Məmmədyarov argentinalı həmkarına Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.

    Azərbaycanlı nazir Hektor Timermanı ölkəmizə rəsmi səfərə dəvət edib və o, bu dəvəti məmnuniyyətlə qəbul edib.

    Görüş əsnasında iki ölkə arasında turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi