Yuxarı

Azərbaycan və Almaniyanın XİN başçıları regional və qlobal məsələləri müzakirə ediblər

Frank-Valter Staynmayer ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini vurğulayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaymayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən "Report"a verilən məlumata görə, nazir Elmar Məmmədyarov iki ölkə arasında siyasi, iqtisadi, humanitar və elm-təhsil sahəsində əməkdaşlığın məmnunluq doğurduğunu və ticarət dövriyyəsinin üç milyard dollara yaxın olduğunu qeyd edərək, qeyri-neft sektoru sahəsində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Frank-Valter Staynmayer ölkəsinin Azərbaycanla əməkdaşlığa mühüm əhəmiyyət verdiyini qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün əlverişli potensialın olduğunu vurğulayıb.

Görüş zamanı regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi