Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti və Gürcüstanın baş naziri arasında təkbətək görüş olub

    Görüşdə Gürcüstan baş nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib

    Bakı. 11 sentyabr. REPORT.AZ/ Sentyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyevin və Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin təkbətək görüşü olub. Report-un xəbərinə görə, görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Görüşdə Gürcüstan baş nazirinin bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənəcəyinə töhfə verəcəyi qeyd edilib. Həmçinin, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi