Yuxarı

Azərbaycan prezidenti: "Moskva və Bakı arasında əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik inkişaf edir"

İlham Əliyev Bakıda səfərdə olan RF müdafiə nazirini qəbul edib

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə, bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq istiqaməti üzrə işgüzar əlaqələr qurulub". "Report" "İTAR-TASS"a  istinadən xəbər verir ki, bunu Azərbaycanın prezidenti İlham Əliyev Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

"Bütün əməkdaşlıq istiqamətləri, o cümlədən hərbi əməkdaşlıq üzrə yaxşı dinamikamız var" - deyə, prezident qeyd edib. 

Şoyqu öz növbəsində bildirib ki, iki ölkənin hərbi-texniki əməkdaşlığı dinamik inkişaf edir, Azərbaycan müasir silahlar alır. 

“Danışıqlarımızın gündəliyi münasibətlərimizə yeni dinamika verəcəyinə ümid doğurur” - deyə, RF müdafiə naziri vurğulayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi