Bakı. 10 oktyabr. REPORT.AZ/ Oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Belarus Respublikasının paytaxtı Minskə səfərə gedib. “Report”un məlumatına görə, MDB-nin iştirakçısı olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Minsk Milli Aeroportunda Azərbaycan prezidenti İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan prezidentini yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

