Azərbaycan prezidenti İlham Əliyevlə İran prezidenti Həsən Ruhani arasında görüş olub
Xarici siyasət
29 Sentyabr , 2014
15:39


Bakı. 29 sentyabr. REPORT.AZ/ Bu gün Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin görüşü olub. “Report”un xəbərinə görə, görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Yüksək səviyyəli görüşlərin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib. Görüşdə həmçinin, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İngilis versiyası
The meeting of presidents of Azerbaijan and Iran took place
Rus versiyası
Состоялась встреча президентов Азербайджана и Ирана
Son xəbərlər
