Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti Həştərxanda “Dostluq” uşaq bağçasının açılış mərasimində iştirak edib

    Bağça Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib

    Bakı. 29 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində Heydər Əliyevin adını daşıyan 11 saylı orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının sentyabrın 29-da açılışı olub. “Report”un xəbərinə görə, Həştərxanda işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib.

    Binanın foyesində Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini, dövlət başçısı İlham Əliyevin Həştərxana səfərlərini, Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu şəhərdə görülən işləri əks etdirən fotostend yaradılıb.

    Prezident İlham Əliyevə məlumat verilib ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib. Uşaqlar üçün yaradılan idman və musiqi zalları, digər otaqlar ən müasir tələblər səviyyəsində qurulub.

    Qeyd edək ki, bağçanın təməli 2013-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə qoyulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi