Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti Fələstin Dövlətinin xarici işlər nazirini qəbul edib

    Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasında dəstəyini daim hiss etdiklərini qeyd edib

    Bakı. 15 oktyabr. REPORT.AZ/ Oktyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, Fələstinin xarici işlər naziri Riyad əl-Maliki Prezident Mahmud Abbasın salamlarını dövlət başçısı İlham Əliyevə çatdırıb. O, Azərbaycanın Fələstinə verdiyi dəstəyin və göstərilən humanitar yardımın ölkəsində yüksək qiymətləndirildiyini deyib. Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.

    Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın Bakıya uğurlu səfərini məmnunluqla xatırlayıb. İki ölkə arasında dostluq əlaqələrinin yaxşı tarixə malik olduğunu vurğulayan dövlət başçısı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə ediv.

    Prezident İlham Əliyev Prezident Mahmud Abbasın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Fələstin Dövlətinin başçısına çatdırmağı xahiş edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi