Yuxarı
    Bağlamaq

    Azərbaycan prezidenti BMT-nin İnkişaf Proqramının rəhbərini qəbul edib

    Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib

    Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan prezidenti İlham Əliyev BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “Report”un xəbərinə görə, görüşdə dövlət başçısı Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb.

    Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının önəmini qeyd edən prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirib.

    Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən BMT-nin İnkişaf Proqramının rəhbəri xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğulayıb. Xanım Helen Elizabet Klark təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi