Yuxarı

Azərbaycan prezidenti Böyük Britaniyanın keçmiş müdafiə nazirini qəbul edib

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniyanın keçmiş müdafiə naziri, parlamentin üzvü Liam Foksu qəbul edib. Report-un xəbərinə görə, görüşdə Liam Foks bildirib ki, coğrafi və geosiyasi baxımdan əlverişli ölkə olan Azərbaycanın getdikcə əhəmiyyəti daha da artır. O, müəllifi olduğu kitabı dövlət başçısına təqdim edib.

Ölkənin siyasi və iqtisadi baxımdan uğurla inkişaf etdiyini diqqətə çatdıran prezident İlham Əliyev Azərbaycanın mövqeyinin daha da möhkəmləndiyini məmnunluqla vurğulayıb.

Görüşdə ölkələr arasında ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi