“Ölkənizin milli bayramı – Alman Birliyi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan-Almaniya münasibətləri dinamik inkişaf yolundadır. Dost ölkələrimiz arasındakı əməkdaşlıq həm ikitərəfli qaydada, həm də Avropa strukturları çərçivəsində müvəffəqiyyətlə davam etməkdədir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, iqtisadi, humanitar əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində bundan sonra da qarşılıqlı səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Almaniya xalqına daim sülh və firavanlıq diləyirəm”.