Yuxarı

Azərbaycan prezidenti Əfqanıstan prezidentinə təbrik məktubu göndərib

“Əfqanıstan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm”

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidentini ölkə prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. “Report”un xəbərinə görə, prezidentin təbrik məktubunda deyilir:

“Əfqanıstan İslam Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Əfqanıstan əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcək və genişlənəcəkdir.

Fürsətdən istifadə edərək Sizi qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Əfqanıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi