"Azərbaycan nümayəndə heyəti növbəti dəfə bildirir ki, "Euronest" PA plenar və komitələrin iclaslarının Ermənistanda keçirilməsinə etiraz edir və onlarda iştirak etməyəcək" - E.Süleymanovun məktubunda deyilir.
O, qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin Yerevandakı iclasda iştirakı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin davam edən təcavüzü ilə əlaqədar mümkün deyil. E.Süleymanov bildirib ki, onun bir çox həmvətənlisinin əziyyət çəkdiyi zaman Yerevana gedə bilməz. "Erməni təcavüzü nəticəsində bir milyondan artıq insan məcburi köçkün vəziyyətinə düşüb və onların iztirabı yalnız təcavüzün sonlanması ilə bitəcək" - deyə, Süleymanov qeyd edib.
"Euronest" Parlament Assambleyası 2011-ci ilin may ayında Brüsseldə yaranıb. Onun tərkibinə Şərq əməkdaşlığı proqramı, eləcə də Avropa İttifaqı ölkələrinin deputatları daxildir.