Yuxarı

Azərbaycan MTRŞ-lə BMT-nin İctimai-informasiya departamenti arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bu barədə Milli Televiziya və Radio Şurasından bildirilib

Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov və Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamentinin rəhbəri Mahir Naseer arasında görüş keçirilib.

Bu barədə “Report”a MTRŞ-dən bildirilib.

Məlumata görə, görüşdə teleradio yayımı sahəsində ətraflı fikir mübadiləsi aparılıb, Birləşmiş Millətlər Təşkilatının İctimai-informasiya departamenti ilə Milli Televiziya və Radio Şurası arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi