Yuxarı

Azərbaycanın Xarkovdakı fəxri konsulu rəsmi olaraq vəzifəsinin icrasına başlayıb

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanovu qəbul edib

Bakı. 22 avqust. REPORT.AZ/  Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycanın Xarkovdaki fəxri konsulu Əfqan Salmanovu qəbul edib. Report-a Azərbaycanın Ukraynadakı səfirliyindən verilən məlumatına görə, nazir Əfqan Salmanova təntənəli şəkildə konsul ekzekvaturası təqdim edib, vəzifəsinin icrasına başlaması münasibətilə Ə.Salmanovu təbrik edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Mərasimdə iştirak edən Azərbaycanın Ukraynadakı Səfirliyinin müvəqqəti işlər vəkili Nazim Əliyev Ukraynadakı məlum vəziyyətə baxmayaraq xoş mərama və bu məsələnin müsbət həllinə görə nazirə minnətdarlığını ifadə edib, bu hadisənin Azərbaycan və Ukrayna arasında strateji tərəfdaşlığın gələcək inkişafına, ikitərəfli regionlararası əməkdaşlığa təkan verəcəyinə əminliyini bildirib.

Qeyd edək ki, Ukraynanın Sumı vilayət şurasının deputatı, tanınmış iş adamı və xeyriyyəçi olan Əfqan Fəqan oğlu Salmanov Azərbaycan prezidenti İlham Əliyevin 27 iyun 2014-cü il tarixli sərəncamı ilə Azərbaycanın Xarkovda fəxri konsulu təyin olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi