Yuxarı
    Bağlamaq

    Azərbaycanın müdafiə naziri Pakistana səfər edəcək

    Z.Həsənov İslamabadda ikitərəfli əməkdaşlıq perspektivlərini müzakirə edəcək

    Bakı. 28 oktyabr. REPORT.AZ/ Noyabr ayının ikinci yarısında Azərbaycanın müdafiə naziri Zakir Həsənov Pakistana səfər edəcək.

    "Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər zamanı müdafiə naziri pakistanlı həmkarı, Pakistanın baş naziri, eləcə ölkənin digər rəsmi şəxsləri ilə görüşəcək. Həmin görüşlərdə ikitərəfli əməkdaşlıq perspektivləri müzakirə olunacaq. 

    Həmçinin, 2015-ci ilin ilk rübündə Pakistanda Azərbaycanla iqtisadi məsələlər üzrə Komissiyanın növbəti iclası keçiriləcək. İclasın dəqiq tarixi razılaşdırılacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi